Yolu keçən piyadanı vurub öldürdü

30 Avqust, 2019 16:46 | Hadisə | Baxış sayı: 56
Yolda vurulmuş piyadanın meyiti
Yolda vurulmuş piyadanın meyiti

Qəza bu gecə saat 23 radələrində qeydə alınıb

Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

IstiPress-in məlumatına görə, qəza avqustun 29-da saat 23 radələrində qeydə alınıb. 

Kənd sakini E.Hüseynov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən Mirzəli kənd sakini Qafur Abbasovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.