Arvadını bıçaqlayandan sonra özünü yandıran şəxs dünyasını dəyişdi

30 İyul, 2020 10:58 | Hadisə | Baxış sayı: 40
İntihar - ARXİV
İntihar - ARXİV

Salyanda həyat yoldaşına bıçaqla xəsarət yetirib özünü yandıran şəxs xəstəxanada ölüb.

İstiPress-in "virtualaz.org"un Şirvan bürosuna istinadən məlumatına görə, Respublika Yanıq Mərkəzinə yerləşdirilmiş Kürsəngi kənd sakini, 32 yaşlı Məcid Kərimov ağır yanıq xəsarətlərindən dünyasını dəyişib.

Salyanda baş verən ailə faciəsinin qısqanclıq zəmnində baş verdiyi deyilir. Belə ki, 26 yaşlı kənd sakini Aysel Vahid qızı Kərimova həyat yoldaşı 32 yaşlı Məcid Kərimov tərəfindən bıçaqlanıb.Bundan sonra ər özünə od vuraraq yandırıb.  Məcid Asif oğlu Kərimovun bir neçə bıçaq xəsarəti yetirdiyi həyat yoldaşı həm də dayısı qızı olub.

M.Kərimov həyat yoldaşını bıçaqlıdıqdan sonra özünə də xəsarətlər yetirərək, üzərinə benzin tökərək özünü yandırıb. Ər və arvad Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilsələr də, ağır yanıq xəsarətləri alan M.Kərimov Respublika Yanıq Mərkəzinə aparılıb.