Avtomobil nənə və 5 yaşlı nəvəsini vurdu

30 İyul, 2019 18:42 | Hadisə | Baxış sayı: 64
Avtomobil qəzası
Avtomobil qəzası

Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib

Sumqayıt şəhərində nənə və 5 yaşlı nəvəsini avtomobil vurub.

İstiPress-in məlumatına görə, hadisə şəhərin 26-cı məhəllə ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü Gilə Əhəd qızı Hüseynova nəvəsi, 2014-cü il təvəllüdlü Məryəm Cavid qızı Muradovanı hazırlıqdan gətirən zaman hər iki şəxsi avtomobil vurub.

Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.