Avtomobillər toqquşdu - 1 ölü

30 İyun, 2020 16:57 | Hadisə | Baxış sayı: 92
Avtomobil qəzası
Avtomobil qəzası

Xaçmaz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

İstiPress-in şimal bürosuna  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,  iyunun 29-u saat 18 radələrində Xaçmaz rayonunun Çarxı-Sayad kəndi ərazisində Sayad kənd sakini M.Dadaşovun idarə etdiyi “QAZel” və Şabran rayon sakini Fərrux Nəzərovun idarə etdiyi “VAZ-21115” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.