Məşhur tennisçi yol qəzasına düşdü

30 İyun, 2017 09:50 | Hadisə | Baxış sayı: 54
Venus Uilyams
Venus Uilyams

Məşhur amerikalı tennisçi Vinus Uilyams Floridada yol qəzasına düşüb. İdmançının idarə etdiyi Toyota Sequoia qırmızı işıqda keçərək qarşıdan gələn Hyundai Accent markalı avtomobillər toqquşub.

İdmançının toqquşduğu maşının sürücüsü və həyat yoldaşı ağır xəsarətlər alıb. 78 yaşlı kişi 2 həftədən sonra dünyasını dəyişib.

37 yaşlı tennisçi isə heç bir xəsarət almayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar gedir.