Yük maşınları toqquşdu - 2 ölü

30 May, 2020 11:31 | Hadisə | Baxış sayı: 44
"Kamaz"
"Kamaz"

Sumqayıtda iki nəfərin ölümü ilə nəticələnən ağır qəza olub.

İstiPress Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, “DAF” və “КамАЗ” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КамАЗ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1995-ci il təvəllüdlü  Aslanov Asəf  Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.