Əvvəl bacısını, sonra polisi bıçaqladı

30 May, 2020 14:14 | Hadisə | Baxış sayı: 194
Bıçaqlanma
Bıçaqlanma

Vəziyyətlərinin ağır olduğu bildirilir

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə Qaradəmirci kəndində qeydə alınıb.

Rayon sakini Elçin Cəfərov əvvəlcə bacısı Vüsalə Cəfərovanı, sonra isə hadisə yerinə gələn polis zabiti Eşqin Məmmədovu bıçaqlayıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.