Türkiyədə adam öldürən azərbaycanlının həbs müddəti azaldıldı

30 May, 2019 14:46 | Hadisə | Baxış sayı: 44
TIR-la vurulmuş təcili yardım maşını
TIR-la vurulmuş təcili yardım maşını

Yaxşı davranışı nəzərəb alınıb

İki il öncə Türkiyənin Çorum şəhərində təcili yardım maşınına çırpılan TIR” markalı yük avtomobilinin azərbaycanlı sürücüsünə hökm oxunub.

İstiPress-in “haberler.com”a istinadən məlumatına görə, məhkəmə Gülman B. adlı Azərbaycan vətəndaşının yaxşı davranışını nəzərə alaraq, həbs müddətini 4 il 6 aydan 3 il 9 ay müddətinə endirib.

Qeyd edək ki, qəza 2017-ci ilin dekabrında Çorum-Ankara yolunda baş verib. Hadisə nəticəsində 1 tibb işçisi ölüb, sürücü və daha iki tibb işçisi xəsarət alıb.