Avtomobil piyadaları vurdu - 1 ölü, 1 yaralı

30 May, 2019 18:25 | Hadisə | Baxış sayı: 49
Avtomobil qəzası
Avtomobil qəzası

Yolu keçirmişlər

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 28-i saat 23 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində şəhər sakini E.Həsənov idarə etdiyi “QAZ-31029” markalı avtomobil yolu keçən həmyerliləri Dmitri Çikunovu və X.Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən D.Çikunov orada ölüb,, X.Məmmədovun isə vəziyyəti orta-ağırdır.

Faktla bağlı Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.