Bakıda bələdiyyə sədrini otağında döydülər

30 May, 2018 17:53 | Hadisə | Baxış sayı: 127

Binəqədi rayonu Biləcəri qəsəbə bələdiyyəsinin sədri Hikmət Quliyev öz iş otağında döyülüb. İstiPress-in məlumatına görə, hadisə qanunsuz tikinti ilə məşğul olan qəsəbə sakinləri 53 yaşlı Bəykişi Baxışov və 37 yaşlı Natiq Qasımov tərəfindən törədilib.

Binəqədi polis idarəsindən “Sputnik Azərbaycan”a verilən məlumata görə, məsələni aydınlaşdırmaq üçün B. Baxışov və N. Qasımov bələdiyyənin ofisinə çağırılıblar. Bu zaman Hikmət Quliyevlə onların arasında dava düşüb. Hadisə baş verən zaman Binəqədi İH-nin Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov da orada olub.