Bakıda məşhur supermarketə basqın edildi

30 Aprel, 2020 15:57 | Hadisə | Baxış sayı: 190
soygun
soygun

Kassada olan 900 manat pulu aparıblar

Bakıda marketdə quldurluq hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə bu gün paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən "OBA market"də qeydə alınıb.

Belə ki, naməlum şəxs marketə hücum edib. O, marketin inzibatçısı Cavad Nurullayevi bıçaqla hədələyərək kassada olan 900 manat pulu aparıb.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.