Sürücü öz avtomobilinin altında qalıb öldü

29 Dekabr, 2019 10:09 | Hadisə | Baxış sayı: 101

Qaldırıcıdan çıxaraq onun üzərinə düşüb

Kürdəmir rayonunda maşının sürücünün üstünə düşməsi nəticəsində sürücü ölüb.

IstiPress-in məlumatına görə, hadisə Kürdəmir-Qazax yolunun 191-ci kilometrliyində baş verib. Astara rayon sakini, 1977-ci il təvəllüdlü İlham Bayramov idarə etdiyi "Mercedes" markalı yük maşınını təmir edərkən avtomobilin qaldırıcıdan çıxaraq onun üzərinə düşməsi nəticəsində vəfat edib.

Araşdırma aparılır.