Bakıda nazir müavininin kürəkəni intihar etdi

29 Dekabr, 2017 13:19 | Hadisə | Baxış sayı: 352
İhtihar
İhtihar

Mərhum külli miqdarda borcu olduğuna görə canına qıyıb

Dekabrın 27-də, axşam saatlarında Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

İstiPress Oxu.Az-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü paytaxt sakini Əliyev Elvin Əziz oğlu özünü asıb.

İlkin səbəblərə görə, o, külli miqdarda borcu olduğuna görə intihar edib.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, Elvin Əliyev Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun kürəkənidir.