Yolu keçmək istədi - vurdular

29 Noyabr, 2019 18:45 | Hadisə | Baxış sayı: 187
Avtomobil qəzası
Avtomobil qəzası

Rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölüb

Qubada 59 yaşlı kişi yol qəzasında öldü.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 135-ci km-də - Qubanın Paşaoba kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 59 yaşlı Mehman Əhmədov yolu keçərkən  yük avtomobilinin zərbəsinə tuş gəlib. Ağır bədən xəsarəti almış yaralı  Mehman Əhmədov Quba rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölüb.

Qəzanın baş vermə səbəbləri araşdırılır. Cinayət işi açılıb.