Qusarda ağlayan 5 yaşlı uşaq ailəsini faciədən xilas etdi

29 Noyabr, 2019 10:06 | Hadisə | Baxış sayı: 651
Yaralı
Yaralı

Qaz bacasında yuva salan quşlar ailənin ölümünə səbəb olacaqdı

Qusarda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. İstiPress-in Şimal bürosunun məlumatına görə, Qusar şəhəri, Ləzgi Nemət-135 ünvanında yaşayan Əhmədovlar ailəsində  3 nəfər dəm qazından zəhərlənərək xəstəxanalıq olub.

Ailənin xanımı,42 yaşlı Elnarə Zahuddin qızı Əhmədova və 2 oğlu - 10 yaşlı Rəfael və 5 yaşlı Eduard Əhmədovlar səhər tezdən özlərini pis hiss ediblər. Ailə 5 yaşlı Eduardın ağlamasına oyanıb. Ailənin xanımı dərhal həyat yoldaşına məlumat verib. 

Məlumata görə, ana iki oğlu ilə otaqda yatıb və otaq soyuq olduğu üçün orada İran istehsalı olan sobanın təzyiqini artırmalı olub.

Zəhərlənən ana və 2 uşaq dərhal Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıb və dərhal onlara tibbi yardım edilib. 5 yaşlı uşağın ağlaması baş verə biləcək faciənin qarşısı vaxtında alıb.

Hadisə ilə bağlı Qusarın hüquq mühafizə orqanları və qaz istismarı idarəsi araşdırmalara başlayıb. Qusar rayon  prokurorluğunun və qaz istismarı idarəsinin əməkdaşları Əhmədovlar ailəsinin Ləzgi Nemət -135 ünvanındakı fərdi yaşayış evinə baxış keçirərkən qaz təsərrüfatı işçiləri qaz sobasının içərisində və bacasında quşların yuva saldığını aşkar ediblər. Bu da ev sahibinin qaz sobasını və bacasını  təmizləmədən istifadə etdiyini və səhlənkarlığını sübut edir.