Körpüdə dəhşət: 22 nəfər basabasda öldü

29 Sentyabr, 2017 13:13 | Hadisə | Baxış sayı: 181
Mumbay şəhərində basırıq
Mumbay şəhərində basırıq

30 nəfərə yaxın insan yaralanıb

Hindistanın Mumbay şəhərində yerləşən Elfinstoun dəmiryol stansiyasına aparan piyada körpüsündə basırıq nəticəsində 22 nəfər həlak olub.

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, 30 nəfərə yaxın insan yaralanıb. Hazırda hadisə yerində xilasedicilər və təcili yardım xidmətinin əməkdaşları işləyir.

Bəzi məlumatlara əsasən, kütlə arasında eşidilən qışqırıq çaxnaşma yaradıb. Digər versiyaya görə isə insidentə qəfil başlayan leysan səbəb olub. İnsanlar yağışdan qorunmaq üçün dəstə-dəstə piyada keçidinin altına tərəf axışıb və nəticədə basabas yaranıb.