Polis məscidin xalçalarını oğurlayan qadını tutdu

29 Avqust, 2019 14:57 | Hadisə | Baxış sayı: 63
Qubada məsciddən oğurlanmış xalçalar
Qubada məsciddən oğurlanmış xalçalar

Gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurlayıb

Quba Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən məscidlərin birindən xalçaların oğurlanması barədə məlumat daxil olub.

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçaların Şabran rayonu, Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib.

İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurladığını bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.