Rusiyada azərbaycanlılar qəzaya düşdü - 2 ölü və 9 yaralı

29 İyul, 2019 14:41 | Hadisə | Baxış sayı: 96

Atobus yük maşını ilə toqquşub

Rusiya Federasiyası Rostov vilayətində Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində iki nəfər həlak olub, 9 nəfər xəsarət alıb.

İstiPress “İnterfax”a istinadən xəbər verir ki, Moskvadan Bakıya gedən və içərisində 13 nəfər Azərbaycan vətəndaşının olduğu “Volkswagen Crafter” mikroavtobusu eyni istiqamətdə hərəkətdə olan “Man” tırı ilə toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü və sərnişinlərdən biri ölüb.