Məktəbli qızı avtomobil vurdu

29 İyul, 2019 16:57 | Hadisə | Baxış sayı: 47
Piyada vurulub
Piyada vurulub

Hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən məktəbli qızı avtomobil vurub.  Xəsarət alan piyada Ağstafa rayon sakini, 2007-ci il təvəllüdlü Rzayeva Xədicə Asəf qızıdır.

Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətini kafi kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.