Avtomobillə piyadanı vurub öldürdü

29 İyul, 2019 17:59 | Hadisə | Baxış sayı: 35
Avtomobil qəzası
Avtomobil qəzası

Piyada hadisə yerində keçinib

Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

İstiPress-in məlumatına görə, qəza iyulun 28-də saat 21 radələrində qeydə alınıb. 

Türkmən kənd sakini V.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Xanərəb kənd sakini Fərmayıl Rüstəmovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.