Polis Bakıda xarici turistin itirdiyi pulqabını tapdı və qaytardı

29 May, 2019 20:50 | Hadisə | Baxış sayı: 93

Polis kapitanı ərazidə xidmət aparırmış

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşı, polis kapitanı Fədai Maqsudov ərazidə xidmət apararkən xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdan tapıb.

İstiPress-ə DİN-in mətbuat xidmətindən verilən məlumata görə, dərhal həmin cüzdanın sahibinin tapılması üçün tədbirlərə başlanılıb.

Qısa müddətdə həmin xarici vətəndaş polis əməkdaşları tərəfindən tapılıb və cüzdanı ona təqdim olunub.

Ölkəmizə turist kimi gəlmiş həmin şəxs belə operativliyə görə polis əməkdaşlarına minnətdarlığını bildirib.