İran prezidentinin müşaviri gənc arvadını güllələdi

29 May, 2019 10:18 | Hadisə | Baxış sayı: 103
Məhəmməd Əli Nəcəfi
Məhəmməd Əli Nəcəfi

67 yaşlı Məhəmməd Əli Nəcəfi 35 yaşlı həyat yoldaşı ilə mübahisədən sonra onu öldürüb

İran prezidentinin müşaviri, Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfi arvadını öldürüb. Siyasətçi arvadnı güllələdiyini etiraf edib və cinayətdə istifadə etdiyi silahı polisə təhvil verib.

35 yaşlı Mitra Nəcəfinin meyiti  Saadat Abad rayonundakı evində tapılıb. Bu mərkəzi rayonda İran elitasının üzvləri məskunlaşıblar.

Müşavir özü polisə təslim olub və cinayətdə istifadə etdiyi silahı polisə təhvil verib. O, ikinci həyat yoldaşının qətlini ailə münaqişəsi ilə əlaqələndirib. 

Xatırladaq ki, 67 yaşlı Nəcəfi 2017-ci ilin avqustunda Tehran meri seçilmişdi, amma 2018-ci ilin aprelində istefa verib. M.Nəcəfi İran prezidentinin ən yaxın adamlarından biri hesab edilir. 

İslam respublikasında çoxarvadlılıq qadağan edilməsə də Nəcəfi ikinci arvad alanda sosial şəbəkələrdə kəskin tənqid olunmuşdu.