İki yaşlı uşaq kanalda boğuldu

29 May, 2019 17:54 | Hadisə | Baxış sayı: 59
Su kanalı
Su kanalı

Valideynlərinin diqqətindən yayınıb

Neftçala rayon Dövlət Torpaq Fondunun qışlaq sahəsindəki yaşayış məntəqəsində bədbəxt hadisə baş verib.

İstiPress-in "Virtualaz.org"un Şirvan bürosuna istinadən məlumatına görə, orada yaşayan 2 yaşlı Ağa Cabbar oğlu Cəfərov valideynlərinin diqqətindən yayınaraq həyətlərindən keçən su kanalına düşərək boğulub.