Azərbaycanda xarici vətəndaş özünü asdı

29 May, 2018 16:23 | Hadisə | Baxış sayı: 252
İntihar
İntihar

Qubanın Amsarqışlaq kəndində Qazaxıstan vətəndaşı özünü asıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, 69 yaşlı Valeri Dvoyniyin asılmış meyiti  kənd sakini Cavanşir Cahtəndirovun evində tapılıb.  Onun meyiti həyətdə tövlənin yanındakı yarımtikilidən saat 12 radələrində aşkar edilib.

Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, Valeri Dvoyniy əslən Qazaxıstan Respublikasındandır. Vaxtilə - 1990 -cı illərdə 1 qardaşılə Azərbaycanın Quba rayonuna gəldikləri, sonradan qardaşı Azərbaycandan getdiyi, Dvoyniyiin isə burda qaldığı deyilir. Mərhumun indiyəcən SSRİ vətəndaşlığında qaldığı, sovet pasportu daşıdığı bildirilib. Valeri Dvoyniyin psixi durumunun normal olmadığı, ruhi xəstə olduğu məlum olub.

Quba polis və prokurorluq əməkdaşları hadisə yerində işləyib. Hazırda 69 yaşlı kişinin meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində tibbi ekspertizadan keçirilir.

Quba prokurorluğunda  CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma -maddəsilə cinayət işi açılıb.