Polis köhnə tikilidə qumar oynayanları saxladı

29 Aprel, 2020 10:57 | Hadisə | Baxış sayı: 164

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati qaydada tədbir görülüb

Qusarda polis karantin rejimi qaydalarını pozaraq qumar oynayanları saxladı. 

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Suvacal kəndi ərazisində yerləşən və hazırda istifadə olunmayan köhnə tikililərin birində yeddi nəfər kənd sakininin qumar oynadıqları aşkar olunub. Karantin rejimi qaydalarını kobud şəkildə pozan həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

Saxlanılan şəxslərin hər biri barəsində Qusar RPŞ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati qaydada tədbir görülüb.