Bakıda müəmmalı qətlin üstü açılıb

29 Aprel, 2019 15:25 | Hadisə | Baxış sayı: 99
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Oğurluğa girdiyi evin sahibini öldü

Bakıda oğurluğa girdiyi evin sahibini öldürən şəxs saxlanılıb.

İstiPress-ə Baş Prokurorluqdan verilən məlumata görə, aprelin 17-də rayonun Şağan qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini, Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı  qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib. Həmin əşyalar götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.