Pensiyaçıları aldadan bankomat soyğunçusu tutuldu

28 Dekabr, 2017 19:41 | Hadisə | Baxış sayı: 210
İsmət Şahbazov cinayət tötətdiyi bankomatın önündə
İsmət Şahbazov cinayət tötətdiyi bankomatın önündə

Daxili işlər orqanları vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa
olunması istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib.

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,
dekarbın 26-da Quba rayon Yuxarı-Tülər kəndində yaşayan bir nəfər Rayon Polis
Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, dekabrın 11-də rayon ərazisində
yerləşən "Kapital bank"a məxsuz bankomatdan təqaudünü almaq üçün ora
yaxınlaşıb, yaşlı olduğundan tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu
aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb. Evinə gəldikdə isə
qaytarılan kartın ona məxsus olmadığını oyrənib, dekabrın 26-da kartını
yenilədikdən sonra hesabında olan 1300 manatının çıxarılmasını gördükdə həmin
şəxsin onu aldadaraq soyğunçluq etdiyini anlayıb.

RPŞ-nin əməkdaşlarının “isti izlərlə” keçirdiyi əməliyyat axtarış tədbirləri
nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Quba rayon Səbətlər kənd
sakini İsmət Şahbazov saxlanılaraq RPŞ-yə gətirilib. Dindirilmə zamanı o törətdiyi
əməli eritaf edərək bildirib ki, kartda olan 1300 manatı bankomatdan çıxararaq
mənimsəyib.

İ.Şahbazovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində digər faktların da
üstü açılıb. Belə ki, kartlarında pul olmadığını deyərək noyabrın 30-da rayonun
Qəçrəş kənd sakinini aldadaraq 170 manat və dekabr ayının əvvəlində rayon
sakinini 500 manat pulunu eyni üsulla dələduzluq yolu ilə mənimsəyib.
Faktlarla bağlı Quba RPŞ-də İB-də cinayət işi açılıb, istintaq hərəkətləri davam
etdirilir.

Polisdən bildiriblər ki, əgər İ.Şahbazovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə
və ya şəhər telefonlarından (023)3353511; (023)3354302

İsmət Şahbazov
İsmət Şahbazov