Məktəbli velosipedçini maşın vurdu

28 Noyabr, 2019 14:45 | Hadisə | Baxış sayı: 61
Velosiped qəzası (Arxiv)
Velosiped qəzası (Arxiv)

Veliosipedçi Mərkəzi Rayon Xəstəxanasına gətirilib

Bu gün səhər saatlarında əvvəlki Ələt-Astara avtomobil yolunun Salyan rayonun Şorsulu kəndindən keçən 80-ci km-də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in "virtualaz.org" saytının Şirvan bürosuna istinadən məlumatına görə Biləsuvar rayon sakini idarə etdiyi VAZ-2107 markalı avtomobillə Şorsulu kəndinin sakini olan 15 yaşlı velosipedçi Ruslan Allahverdi oğlu Əsgərovu vurulub. Hadisə nəticəsində xəsarət alan veliosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.