Xızıda yanğın davam edir

28 Avqust, 2017 12:13 | Hadisə | Baxış sayı: 357
Partlayış baş verən ərazi - Xızı
Partlayış baş verən ərazi - Xızı

Siyəzəndən 2, Xızıdan 2 yanğınsöndürən avtomobil və xeyli sayda canlı qüvvəsi yanğının söndürülməsi ilə məşğuldur

Xızıda baş vermiş partlayışdan sonra ərazidəki dağlarda baş vermiş yanğının söndürülməsi bu dəqiqələrdə davam edir.

Məlumatı İstiPress-in Qusar bürosuna verən FHN-nin Xızı Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Lətif Quliyev onu da deyib ki, yanğın kolluq ərazi olan 4000 hektar sahəni əhatə edib, yanğın havanın küləkli və isti olması səbəbindən 15 hektar meşə fonduna da keçib.

Yanğının hazırda söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Hazırda Siyəzəndən 2, Xızıdan 2 yanğınsöndürən avtomobil və xeyli sayda canlı qüvvəsi yanğının söndürülməsi ilə məşğuldur. Lokallaşdırılması istiqamətində iş aparılır. Xızı icra başçısının müavini Arzu Əzizov da faktı təsdiqləyib.