Azərbaycanın iri şirkətlərindən birinin rəhbəri qəzada öldü - FOTO

28 İyul, 2020 12:23 | Hadisə | Baxış sayı: 236
Qəzaya düşmüş avtomobil
Qəzaya düşmüş avtomobil

Bakı-Şamaxı yolunun 35,4-cü km-də -Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Zaqatala rayon sakini, 51 yaşlı Zəkəriyyə Zaxar oğlu Poladov idarə etdiyi "Nissan"markalı avtomobillə Bakı istiqamətinə gedərkən nəqliyyat vasitəsi qəfildən aşıb. Ağır xəsarətlər alan sürücü Zəkəriyyə Poladov hadisə yerindəcə ölüb.

Onun avtomaşına sıxılıb qalan meyitini FHN-nin mütəxəssisləri avtomobildən çıxarıblar. Fakta görə DİN-nin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb.

Mərhum Poladov "Azenko"MMC-nin baş direktoru idi.

Zəkəriyyə Poladov
Zəkəriyyə Poladov