Yolu keçmək istəyən qadını avtomobil vurdu

28 İyul, 2019 13:59 | Hadisə | Baxış sayı: 54
Təcili yardım maşını
Təcili yardım maşını

Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb

Ötən gün axşam saatlarında Sumqayıtın Niyazi küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata istinadən xəbərinə görə, "Mercedes" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1982-ci il təvəllüdlü Elnarə Əliyevanı vurub. Avtomobil piyadanı vurduqdan sonra ağaclara dəyib.

Xəsarət alan şəhər sakini E.Əliyeva Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Ona alın nahiyəsinin deşilmiş yarası, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.