Həyətindəki gilas ağacından özünü asaraq intihar etdi

28 İyun, 2019 17:53 | Hadisə | Baxış sayı: 257
intihar
intihar

Mərhumun 2 uşaq atası olduğu deyilir

Xaçmazda 46 yaşlı kişi özünü asıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayonun Ağyazı Budiq kəndində yaşayan Heydər Musa oğlu Musayev yaşadığı evin həyətindəki gilas ağacından özünü asaraq intihar edib.

Hadisə yerində Xaçmaz prokurorluğunun və polis şöbəsinin əməkdaşları və tibbi ekspert işləyib. Mərhumun 2 uşaq atası olduğu deyilir.

Xaçmaz prokurorluğunda ölüm faktına görə CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb. İntiharla bağlı heç bir versiya açıqlanmır.