Öz bağında özünü ağacdan asıb öldürdü

28 İyun, 2018 18:25 | Hadisə | Baxış sayı: 124
İntihar
İntihar

Zaqatalada 47 yaşlı kişi intihar edib.

İstiPress-in Şəki bürosunun məlumatına görə, bu gün günorta saat 15 radələrində rayonun Yengiyan kənd sakini, 1971-ci il təvəllüdlü Sərdar Kamal oğlu Məmmədovun meyiti yaşadığı kəndin inzibati ərazisində ailəsinə məxsus fındıq bağında fındıq ağacından asılı vəziyyətdə aşkar edilib.

47 yaşlı Sərdar Məmmədovun hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.