İyirmi beş yaşlı gənc özünü qoz ağacından asdı

28 İyun, 2018 16:52 | Hadisə | Baxış sayı: 182
intihar
intihar

Şabranda 25 yaşlı gənc özünü qoz ağacından asdı.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Şabran rayonunun Çölquşçu kəndində baş verib.

25 yaşlı Amil Elşad oğlu Vəlizadə özünü yaşadığı evin həyətindəki qoz ağacından asaraq özünü öldürüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib, hadisə yeri müayinə olunub, meyit tibbi ekspertiza edilib.

Əldə etdiyimiz məlumata görə, mərhum Amil Vəlizadə ruhi xəstəlikdən əziyyət çəkib, hətta Maştağadakı ruhi xəstəxanada da bir neçə gün müalicə alıb.

Amil Vəlizadənin evli olduğu, həyat yoldaşının hamilə olduğu deyilir. Bundan əvvəl isə Amilin bir uşağının tələf olduğu da ortaya çıxıb. Mərhumun psixi durumuna görə intihar etdiyi ehtimal edilir.

Şabran rayon prokurorluğunda CM-nin 125-ci -özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb.