Atasını bıçaqlayıb Xəzərdə boğdu

28 İyun, 2018 16:36 | Hadisə | Baxış sayı: 115
Suda cəsəd
Suda cəsəd

Sumqayıtda dəhşətli cinayətin üstü açılıb.

İstiPress DİN-ə istinadən xəbər verir ki, iyunun 27-də saat 6 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində meyit tapılıb. Onun Corat qəsəbə sakini Elşən İsgəndərov olduğu müəyyən edilib.

Araşdırmalarla iyunun 26-da saat 20 radələrində Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində E.İsgəndərovla oğlu İsmayıl arasında baş vermiş münaqişə zəminində sonuncunun onu bıçaqlaması və suda boğması müəyyən edilib.

Görülmüş tədbirlərlə İsmayıl saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.