Bakıda avtobus velosiped sürən gənci vurub öldürdü - FOTO

28 May, 2019 15:58 | Hadisə | Baxış sayı: 155

Marşrut xətti üzrə hərəkət edən avtobus olub

Bakıda marşrut avtobusu velosiped sürən gənci vuraraq öldürüb.

IstiPress-in məlumatına görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Xurşidbanu Natəvan küçəsində qeydə alınıb.

Belə ki, 91 saylı marşrut xətti üzrə hərəkət edən avtobus, təxminən, 20-22 yaşlarında olan, hələlik şəxsiyyəti məlum olmayan gənci vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.