Bakıda dəhşətli qətl: arvadını yastıla boğub öldürdü

28 May, 2018 17:35 | Hadisə | Baxış sayı: 200
Yastıqla boğmaq - İMİTASİYA
Yastıqla boğmaq - İMİTASİYA

Ərin etirafı polisi hərəkətə keçirdi

Salyan sakini arvadını yastıqla boğaraq öldürüb.

İstiPress-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 25-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən bir qadın Buzovna qəsəbəsində kirayədə yaşayan rəfiqəsi Kifayətlə əlaqə saxlaya bilmədiyini, onun əri Anara zəng etdikdə isə Kifayəti öldürdüyünü deməsini bildirib.

Məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Anar Yusifov saxlanılıb. O, izahatında mayın 25-də Buzovna qəsəbəsi ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində arvadı Kifayəti yastıqla boğaraq qətlə yetirdiyini və meyitini Salyan şəhərinə aparıb oradakı qəbiristanlıqda dəfn etdiyini bildirib.

Meyit eksqumasiya edilib. 

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.