"Yeni Bakı"nın komendantı 3 "makler"i güllələdi

28 Aprel, 2019 12:59 | Hadisə | Baxış sayı: 172
Tapançadan atəş
Tapançadan atəş

Maklerlər odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıblar

Masazırda 3 nəfər "Vinçester" markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb. 

İstiPress-in məlumatına görə, silahlı insident "Yeni Bakı" Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifovla ev alqı-satqısı ilә mәşğul olan şәxslәr arasında baş verib. Hadisə qәsәbәdә yerləşən "Qәbәlә" kafesindәki ev alqı-satqısı ofisindә baş verib.

Ehtiram Yusifov "Vinçester" markalı odlu silahdan açıb, 3 nəfər odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb. Silahlı insident zamanı yaralanan şәxslәr "Yeni Bakı" yaşayış kompleksinin sakinlәri deyil.

Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar.

Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.