Su içmək istəyən gənc boğulub öldü

28 Aprel, 2019 16:58 | Hadisə | Baxış sayı: 245
Taxtakörpü - Ceyranbatan kanalı
Taxtakörpü - Ceyranbatan kanalı

Gəncin axtarışları davam edir

Siyəzəndə 19 yaşlı gənc su kanalında batıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə bu gün saat 13 radələrində  Taxtakörpü - Ceyranbatan su kanalının Siyəzənin Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zarat kənd sakini, 19 yaşlı İmamyar Ağabala oğlu Ələkbərov kanaldan əyilib su içmək istəyərkən ehtiyatsızlıqdan kanala düşüb və onu su aparıb.

Hadisə yerinə FHN-nin xilasediciləri və rayon polis şöbəsinin əməkdaşları gəlb. Suda batdığı ehtimal edilən gəncin axtarışları davam edir.