Gənc qadın özünü asdı

28 Aprel, 2019 11:03 | Hadisə | Baxış sayı: 141
İntihar
İntihar

İntihara qonşu ilə aralarında yaranmış mübahisə səbəb olub

Ötən gecə saat 04 radələrində Salyan rayonunun Alçalı kəndində intihar hadisəsi baş verib.

İstiPress-in "Virtualaz.org"un Şirvan bürosuna istinadən məlumatına görə, kənd sakini, 1983-cü ildə anadan olmuş Cəmilə Saleh qızı Bədəlova özünü yaşadıqların evin həyətindəki tövlədən asraq intihar edib.

İlkin məlumata görə, intihara quzusu onların həyətinə girmiş qonşusu ilə aralarında yaranmış mübahisə səbəb olub.

Faktla bağlı araşdırma aparılr.