Bakıda sərnişin avtobusu zibil daşıyan maşınla toqquşdu: 27 yaralı

28 Aprel, 2019 13:42 | Hadisə | Baxış sayı: 76
Avtomobil qəzası
Avtomobil qəzası

Yaralılardan 4-ü reanimasiyadadı

Dünən Bakıda, aeroport yolunda 171 saylı sərnişin avtobusunun kommunal xidmət maşını ilə toqquşması nəticəsində ümumilikdə 27 nəfər xəsarət alıb.

İstiPress-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, hazırda 3 saylı xəstəxanada 7 nəfər müalicə alır, onlardan 4-ü reanimasiyadadır. Vəziyyətləri ağır-stabildir. Qeyd edək ki, xəsarət alanlardan 3 uşaqdır.

İlkin ehtimala görə, hadisə kommunal xidmət maşınının avtobusa çırpılması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.