Qobustanda kişi qardaşı arvadını öldürdü

28 Mart, 2020 13:51 | Hadisə | Baxış sayı: 362
Cinayət
Cinayət

Laləzər Kərimli münaqişə zəminində öldürülüb

Qobustan qəsəbəsində yaşayan qardaşının arvadını öldürməkdə şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, martın 26-da Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində qətlə yetirilməsi barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri ilə L.Kərimlinin qaynı, əvvəllər məhkum olunmuş S.Kərimov tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Kərimov saxlanılıb.