Yük maşınını piyadaların üzərinə sürdü - 32 ölü, 9 yaralı

28 Mart, 2019 11:39 | Hadisə | Baxış sayı: 101

Ölü sayının artacağı istisna edilmir

Qvatemalada sürücü yük maşınını piyadaların üzərinə sürüb.

IstiPress-in “İnterfaks”a istinadən xəbərinə görə, nəticədə uşaqlar da olmaqla 32 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralı şəxslərin vəziyyəti ağır qiymətləndirilir. Ölü sayının artacağı istisna edilmir.