Bakıda avtomobillə vurulmuş qadın öldü

28 Mart, 2019 20:14 | Hadisə | Baxış sayı: 75
Təcili yardım maşını
Təcili yardım maşını

36 yaşlı qadın xəstəxanada keçinib

Bakıda 10 gün əvvəl avtomobillə vurulmuş qadın ölüb.

İstiPress-in məlumatına görə, Binəqədi rayonunun eyniadlı qəsəbəsində 21 yaşlı Elnur Cəlilov idarə etdiyi “VAZ 2106” markalı maşınla 36 yaşlı Şəbnəm Əliyevanı vurub.

Xəstəxanaya yerləşdirilən qadın martın 27-də ölüb.

Faktla bağlı araşdırma aparılır.