Bakıda süpürgəçi qadını "KamAZ"la vurub öldürdülər - FOTO

28 Mart, 2018 16:56 | Hadisə | Baxış sayı: 192
KamAz  vurmuş süpürgəçi qadın
KamAz vurmuş süpürgəçi qadın

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin daha bir işçisini avtomobil vurub öldürüb. 

İstiPress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu hadisə martın 27-də baş verib. Yolu süpürən Cəmilə Salahova Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayevin idarə etdiyi “KamAZ” markalı yük maşını ilə vurulub və hadisə yerində ölüb. Hadisə Sabunçu rayonunda, Heydər Əliyev prospektində yerləşən Sabunçu körpüsünün üzərində baş verib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

Xatırladaq ki, daha əvvəl də süpürgəçilərin yol süpürərkən avtomobillə vurulub öldürülmə hallarına təsadüf edilib. Bu isə ondan irəli gəlir ki, həmin işçilər həyatlarını riskə ataraq sürət həddi 120 km saat müəyyən edilən yolları təmizləməyə məcbur edilirlər. Əslində belə yollar dünyanın əksər ölkələrində xüsusi texnika ilə təmizlənir.