Şəmkirdə ağır qəza, qardaşlar və əmioğlu öldü

28 Yanvar, 2020 09:09 | Hadisə | Baxış sayı: 86
Qəzaya uğrayan "Jiquli"
Qəzaya uğrayan "Jiquli"

"Kraz yolu"nda iki maşın toqquşub

Şəmkir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun şərti olaraq "Kraz yolu" adlanan ərazisində qeydə alınıb.

İlkin məlumata görə, ərazidə 2 avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər hadisə yerində ölüb, daha 1 nəfər isə ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Qəza zamanı ölənlər 1977-ci il təvəllüdlü Habil Hüseyn oğlu Əmiraslanov, onun qardaşı, 1973-cü il təvəllüdlü Şahin Hüseyn oğlu Əmiraslanov və əmisi oğlu, 1983-cü il təvəllüdlü Ramil Söhrab oğlu Əmiraslanov həlak olublar. 

Faktla bağlı araşdırma aparılır.