Azərbaycanda qonşu qonşunun qızıllarını oğurladı

27 Dekabr, 2017 19:16 | Hadisə | Baxış sayı: 151
Qızıl
Qızıl

Dekabrın 22-də Qusar rayonunun Hil kənd sakini  Seyfəddin Rəhmanov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən oğurluq edilməsi barədə məlumat verib.

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli  bilinən əvvəllər məhkum olunmuş həmin kənd sakini Zamir Zalov saxlanılaraq polis şöbəsinə gətirilib. 

Dindirilmə zamanı Z.Zalov cari ilin noyabr ayının əvvəlində gecə saatlarında həmkəndlisi həmin evdə heç kəsin olmadığı müddətdə pəncərədən evə daxil olmasını, oradan qızıl-zinət əşyalarını, 50 manat pul və istifadə olunmuş mobil telefon oğurladığını etiraf edib. Həmin əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.