Azərbaycanda qəza törədən 2 sürücü tutuldu

27 Noyabr, 2017 17:59 | Hadisə | Baxış sayı: 78
"VAZ 2107" qəza (Arxiv)
"VAZ 2107" qəza (Arxiv)

2 nəfərin ölümü ilə nəticələn yol qəzası

Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümü ilə nəticələn yol qəzası törətməkdə təqsirləndirilən Malik Həmidov və Ceyhun Allahverdiyevə hökm oxunub.

İstiPress-in məlumatına görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə M.Həmidov 8 il müddətinə azadlıqdan məhrum edilib. 

İstintaq dövründə azadlıqda olan C.Allahverdiyev isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs edilib. 

Hadisə 2017-ci il martın 27-də Quba-Qusar yolunda baş verib. C.Allahverdiyevin idarə etdiyi “VAZ 2107” və M.Həmidovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub. Nəticədə Quba sakinləri Şahmirzəyev Ruslan və Novruz Vahidli hadisə yerində ölüb, 5 nəfər isə xəsarət alıb.

Qafqazinfo