Qızını erkən nikaha məcbur edən azərbaycanlı ata saxlanılıb

27 Oktyabr, 2019 14:53 | Hadisə | Baxış sayı: 130
Azərbaycanda erkən nikahdan ildə 3 minə yaxın uşaq doğulur
Azərbaycanda erkən nikahdan ildə 3 minə yaxın uşaq doğulur

2 ildən 4 ilədək həbs cəzası gözləyir

Gürcüstanın Kaxeti bölgəsində yeniyetmə qız övladını erkən nikaha məcbur edən azərbaycanlı kişi saxlanılıb.

İstiPress-in məlumatına görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan Saqareco rayonunun Yormuğanlı kənd sakini 1975-ci il təvəllüdlü M.M. adlı şəxs 2002-ci il təvəllüdlü qızına psixoloji təzyiq göstərməklə onu erkən nikaha vadar edib.

Qızın atasını 2 ildən 4 ilədək həbs cəzası gözləyir.

Yeniyetmə sığınacağa yerləşdirilib. Onun sağlamlığına təhlükənin olmadığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.