Avtomobillə yolu keçmək istəyən məktəbli qızı vurdu

27 Oktyabr, 2019 11:04 | Hadisə | Baxış sayı: 184
Təcili yardım maşını
Təcili yardım maşını

İH-nin memarlıq şöbəsinin müdirinin qızıdır

Şabranda 15 yaşlı məktəbli qız vurulub. Hadisə Şabranın Ağalıq kəndi ərazisində qeydə alınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, kənd məktəbinin 9-cu sinfində oxuyan Fidan Şükürlü yolu keçmək istəyərkən həmin kənd sakini, 1972-ci il doğumlu Mühiddin Əfrailovun idarə etdiyi Vaz-21012 markalı avtomaşınla vurulub.

Baş beynin silkələnməsi, qapalı kəllə travması və ətrafların sınığı dioqnozu ilə Xaçmaz rayon xəstəxanasına çatdırılan məktəbli qıza dərhal ilk lazımi yardım edilib və travmatologiya şöbəsinə yerləşdirilib.

Vurulan piyada Fidan Şükürlü Şabran İH-nin memarlıq şöbəsinin müdiri Eldəniz Şükürovun qızıdır.